Milli Məclisin deputatı Borjomidə QDİƏT PA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Səbinə Salmanova oktyabrın 23-də Gürcüstanın Borjomi şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək.

Tədbirdə "QDİƏT Regionunda Davamlı Sosial-İqtisadi İnkişaf üçün Süni İntellekt - Hüquqi Aspektlər" mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edilib ki, səfər oktyabrın 25-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31