Alen Simonyan: “Əvvəlcədən müzakirə olunmalı məsələlər var, o cümlədən əsirlər”

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana səfəri barədə sualını şərh edib.

Olaylar.az xəbər verir ki, Simonyan qeyd edib:

"Qoy onların prezidenti də gəlsin, bizim dövlət başçımız da onlara getsin - mən də gedərəm. Amma əvvəlcədən müzakirə olunmalı məsələlər var: təkcə təhlükəsizliklə bağlı yox, həm də Bakıda saxlanılan insanların (separatçıları deyir - red.) məsələsi. Onların orada saxlanıldığı bilindiyi halda ora getmək bizim üçün asan deyil", - deyə Simonyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31