Azərbaycan TDT-nın güclənməsində mühüm rol oynayıb- ÖZƏL
22 Oktyabr 14:16 Siyasət"Bu gün Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin dövlət ambisiyaları baxımından yeni dünya düzəninə uyğun praqmatik baxış ortaya qoyub. Məhz bu yanaşma Türk Dövlətləri Təşkilatının güclənməsində mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri ilə regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək, konkret sahələr üzrə model qurub bunu təsisat çərçivəsində bölüşməlidir. Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb. Həm Azərbaycan, həm də Qazaxıstan Prezidenti siyasi nizamda nəyin lazım olduğunu dərk edən və ortaq vizyonlu liderlər, cəlb etməyə qadir olan siyasətçilərdir. Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq".