Tramp yenidən Netanyahunu qorumaq üçün əvvəlki taktikasını işə salacaq?- ÖZƏL

"ABŞ vitse-prezidenti Cey Di Vens 21 oktyabr tarixində ilk rəsmi səfərlə İsrailə gəldi. Təyyarədən düşən kimi qonaq birbaşa, Qəzza sektorunda 10 oktyabrdan bəri fəaliyyət göstərən atəşkəs rejimini nəzarət etmək üçün Vaşinqton tərəfindən İsrail ərazisində yaradılmış koordinasiya qərargahına yollandı". "Olaylar" xəbər verir ki,  bunu politoloq Əlimusa İbrahimov deyib: "Vensdən bir gün əvvəl ABŞ-nin xüsusi nümayəndəsi  Stiven Uitkof və ABŞ prezidentinin kürəkəni Cared Kuşner İsrailə səfər etmişdi. Mütəxəssislərin fikrincə Ağ Evin son günlərdəki diplomatik fəallığı İsrail Baş naziri Binyamin Netanyahunun HAMASla  bağlanmış müqavilədən çıxmağı planlaşdırdığı ilə bağlı narahatlıqlarla əlaqədardır.


Deməli, İsrail tərəfi və Netanyahu komandasının iddialarının əksinə olaraq uzun müzakirələr nəticəsində əldə edilmiş atəşkəsin pozulmasında HƏMAS-dan daha çox qarşı tərəf maraqlıdır. Yəni HƏMAS tərəfindən təhlükə gözlənsəydi ona qarşı təzyiqlər işə düşərdi. İsrailə qarşı addımların atılması və kütləvi informasiya vasitələrinə sızan xəbərlər Netanyahunun yaranmış vəziyyətdən razı qalmadığı istiqamətindədəir. Amma bu dəfə atəşkəsi pozmaq ona müyəssər olacaqmı? Yaxud Tramp yenidən Netanyahunu qorumaq üçün əvvəlki taktikasını işə salacaq?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31