“Tarixi missiyanı yerinə yetirib, görkəmli xadimdir” -Tokayev
21 Oktyabr 20:25 Siyasət"İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir".
Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
"O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər.
Qazaxıstan lideri Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişindən də bəhs edib:
"Məlum olduğu kimi, Prezident İlham Heydər oğlu Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib. Qazaxıstan da bu mühüm hadisəni rəsmi olaraq alqışlayıb. Əminəm ki, əldə olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək, ümumi tərəqqi üçün yeni imkanlar açacaq".