Qlobal əməkdaşlıq: Azərbaycanın dost və qardaş ölkələrlə əlaqələri dərinləşir - ÖZƏL
16:12 Siyasət"Cənab Prezident oktyabr ayı ərzində çoxsaylı səfərlər edib və bu səfərlərin coğrafiyası olduqca genişdir. Danimarkanın paytaxtı Kopenhagendən Qəbələyə, buradan Tacikistanın paytaxtı Düşənbəyə, eyni zamanda Misirə və Qazaxıstana edilən səfərlər mühüm əhəmiyyət kəsb edir, Azərbaycanın mövqeyini gücləndirir.
Bu səfərlər Azərbaycan haqqında daha dolğun və aydın təsəvvür formalaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Qazaxıstana səfər dost səfəridir, qardaş səfəridir və burada siyasi, iqtisadi, mədəni, enerji, humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi müzakirə olunacaq. Artıq 15-ə yaxın sənəd imzalanmışdır. Bu, dövlətlərarası normativ-hüquqi bazanı möhkəmləndirir, gələcək əməkdaşlıq prioritetlərini formalaşdırır və əməkdaşlığın genişlənməsi həm də sülhə, təhlükəsizliyə və siyasi sabitliyə töhfə verir. Eyni zamanda, yaşıl enerji gündəliyi də aktualdır.
Orta Dəhliz, Zəngəzur Dəhlizi, "Trip marşrutu" kimi mühüm layihələr dövlətlərin iqtisadi gücünü möhkəmləndirir. Həmçinin hesab edirəm ki, bu səfər xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək və dövlətlərin inkişafına xidmət edəcək".
Zeynəb Mustafazadə