Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilib

2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31