Milli ləyaqətimizin ədalətli bərpası- ÖZƏL
13:07 Siyasət"Müzəffər Azərbaycan Ordusunun Zəngilan şəhərini və onun ətraf kəndlərini erməni işğalından azad etməsindən 5 il keçir. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarixi Qələbənin əbədiləşdirilməsi və işğaldan azad olunmuş ərazilərin günlərinin qeyd olunması qərara alındı. Həmin Sərəncama əsasən, "20 oktyabr - Zəngilan şəhəri günü" elan olundu".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib:
"Biz 44 günlük Vətən müharibəsində yalnız ərazi bütövlüyümüzü deyil, eyni zamanda milli ləyaqətimizi və tarixi ədaləti bərpa etdik. Bu gün azad olunmuş torpaqlarımızda, xüsusilə Zəngilan torpağında, yenidən həyat qurulur. "Böyük Qayıdış" məhz Zəngilandan başladı və bu torpaqlar cənnətə çevrilir. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, daha güclü və parlaq gələcəyə doğru addımlayırıq.
Zəngilan artıq ölkəmizin mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilir.
Bu qürurlu günləri bizə bəxş edən şəhidlərimizin ruhu şad olsun. Onların qəhrəmanlığı sayəsində bu gün qələbənin şirinliyini yaşayırıq. Qazilərimizə isə tezliklə şəfa tapmalarını arzulayırıq.
Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!"