Qürur, məsuliyyət və gələcəyə baxış- ÖZƏL

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş QHT-lərin 3-cü Əməkdaşlıq Forumu çərçivəsin də Xankəndi Konqres Mərkəzində  Əməkdaşlıq Forumunda "Vətəndaş Cəmiyyəti qarşısında duran əsas hədəflər və müasir çağırışlar"  məsələsi müzakirə olunub. Olaylar xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib:
"Mənim moderatorluq edəcəyim panelin mövzusu - "Rəqəmsal vətəndaş cəmiyyəti" olacaq.
Düşünürəm ki, indiki mərhələdə vətəndaş cəmiyyəti artıq ictimai proseslərin davamlı iştirakçısına, qərarların formalaşmasında bilik və təhlil mərkəzinə çevrilməlidir.
Rəqəmsal texnologiyalar, süni intellekt və məlumat əsaslı idarəetmə bu yeni mərhələnin ayrılmaz tərkib hissəsidir.

Xankəndində belə bir Forumun keçirilməsi də bir ayrı məna kəsb edir.
Şükür bu günə!
Eşq olsun bu torpaqları bizim üçün əlçatan edənlərə.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və bütün döyüşçülərimizə cansağlığı versin!"

Qeyd edək ki,  Xankəndində
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş QHT-lərin 3-cü Əməkdaşlıq Forumu baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31