Ortaq dəyərlərə söykənən strateyi əməkdaşlıq- ÖZƏL
10:26 Siyasət"Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixi, mədəni və mənəvi köklərə dayanır". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib: "Bu əlaqələr ortaq türk kimliyinə, dil, din və mənəvi dəyərlərin birliyinə söykənir. Xalqlarımızı yüzillərdir birləşdirən bu bağlar bu gün iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin əsasını təşkil edir. Məhz bu təməl sayəsində Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimadla xarakterizə olunur.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində "Kazinform" agentliyinə verdiyi müsahibə iki qardaş ölkənin əlaqələrinin dərinliyini və strateji əhəmiyyətini yenidən diqqət mərkəzinə çıxardı.
Müsahibə zamanı Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayan Prezident İlham Əliyev ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlərin əlaqələrimizin möhkəm təməlini formalaşdırdığını, xüsusilə ikitərəfli dialoqun, qarşılıqlı səfərlərin və konstruktiv müzakirələrin əməkdaşlığın inkişafında əsas rol oynadığını qeyd edib.
Son üç ildə yeddi dəfə Qazaxıstana səfər edən və hər səfərdə qardaş dövlətin dinamik inkişafını, həyata keçirilən məqsədyönlü islahatları müşahidə edən dövlət başçımız, həmçinin, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə Qazaxıstana təşəkkürünü ifadə edib və bu mərkəzin hazırda 100-ə yaxın uşaq üçün təhsil imkanı yaratdığını söyləyib".