Zəngilanın işğaldan azad edilməsi – Zəfər tariximizin şanlı səhifəsi – ÖZƏL

"Zəngilanın işğaldan azad edilməsi, Azərbaycan xalqının zəfər tarixinin ən şanlı səhifələrindən biridir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində artıq 5 ildir ki Zəngilan digər şəhərlərimiz və yaşayış məntəqələrimiz kimi azadlığa qovuşmuşdur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi qeyd edib ki, Zəngilanın işğaldan azad olunması həm də region üçün böyük əhəmiyyət daşıyır. Bu hadisə nəticəsində Azərbaycan, Ermənistan və İran sərhədlərinin tam bərpa prosesi həyata keçirildi. Azərbaycan ilə İran arasında 132 kilometrlik sərhət xətti tam şəkildə bərpa olundu və iki ölkə arasında sərhəd tam olaraq bərpa edilmiş vəziyyətə gətirildi.

"Bu gün Zəngilanda aparılan bərpa və quruculuq işləri də Azərbaycan dövlətinin "Böyük Qayıdış" proqramına verdiyi xüsusi diqqətin bariz göstəricisidir. Ağalı kəndinin işğaldan azad edilməsindən sonra orada həyata keçirilən yenidənqurma işləri, "Ağalı kəndi" layihəsinin reallaşdırılması, Zəngilan şəhərinin yenidən qurulması, Zəngilan Beynəlxalq Hava Limanının inşası və digər layihələr - bütün bunlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərə qaydış planına nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir.
Azərbaycan dövləti hazırda bu ərazilərdə inşa etdiyi evləri və yaşayış massivlərini oradan məcburi köçkün düşmüş insanlara təqdim edir, onlara tam şərait yaradır. Məqsəd, həmin vətəndaşların doğma torpaqlarında yenidən normal həyatlarını davam etdirməsidir", - deyə ekspert vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, bütün bunlar, Azərbaycan dövlətinin, xalqının və Prezidentinin müstəsna fəaliyyətinin nəticəsidir. Dövlətçiliyin qorunması və möhkəmləndirilməsi baxımından bu proseslər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti və onun Prezidenti bir daha sübut ediblər ki, o, hər bir azərbaycanlının Prezidentidir və bu məsələlərə xüsusi həssaslıqla yanaşır.

"Xatırlayırıq ki, Vətən müharibəsi zamanı işğaldan azad edilən ərazilərlə bağlı xəbərləri şəxsən Prezident İlham Əliyevin xalqa çatdırması da onun bu məsələyə verdiyi önəmin, xalqla birbaşa əlaqəsinin və səmimi münasibətinin bariz nümunəsidir", - deyə S. Hümbətov sonda qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31