Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - AÇIQLAMA

Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin qızı bir neçə gündür işə çıxmır.

Olaylar.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri vəzifələrini icra edən Nigar Mehdiyeva işə getmir.

"Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasiyentlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra işə qayıdacaq", - deyə klinikadan bildirilib.

Məlumat üçün bildirək ki, süd vəzinin bahalı əməliyyatlarını məhz Nigar Mehdiyeva həyata keçirir. O, bu vəzifəyə illər əvvəl ATU-nun keçmiş rektoru və deputat Əhliman Əmiraslanov tərəfindən təyin olunub. Onun dəstəyi ilə Ramiz Mehdiyevin gəlininə həm də dosent adı verilib./globalinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31