Ramiz Mehdiyevin əsas adamlarından olan keçmiş deputat danışdı

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ətrafında formalaşan şəbəkədə keçmiş deputat Elton Məmmədovun da adı hallanır.

Məlumata görə, Ramiz Mehdiyev AMEA-ya rəhbər gələndə yaxın çevrəsində sadiq şəxslərdən ibarət komanda yaradıb və bu komandada əsas fiqur Ziya Məmmədovun qardaşı Elton Məmmədov olub.

Onun AMEA-nın "Yüksək Texnologiyalar Parkı"na rəhbərlik etdiyi dövrdə, Ramiz Mehdiyev üçün müəyyən rüşvət sxemlərinin işlənib hazırlanmasında rolu olduğu iddia edilir.

Elton Məmmədov isə teleqraf-a açıqlamasında bu iddialara münasibətini bildirib, lakin detallar barədə açıqlama verilməyib.

"İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın". /axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31