Şərqi Qazaxıstanda 2 milyard təngəlik mənimsəmə: deputat da şübhəlilər arasında – ÖZƏL

Şərqi Qazaxıstan vilayətində "QazConstructions" MMC rəhbərliyinə qarşı büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı istintaq başlanıb. 

Olaylar.az xəbər verir ki, "ArbatMedia"nın məlumatına görə, şübhəlilər arasında Kurçum rayon maslihatının deputatı da var.

İstintaqın məlumatına əsasən, oğurlanan 2 milyard təngədən çox vəsait Şərqi Qazaxıstan və Abay vilayətlərinin yeddi rayonunda 11 sosial obyektin tikintisinə ayrılmışdı. Lakin nəticədə dörd idman-sağlamlıq kompleksi və yeddi kəndi içməli su ilə təmin etməli olan su kəmərləri istifadəyə verilməyib.

Pul vəsaitləri əlaqəli şirkətlər vasitəsilə nağdlaşdırılıb, əldə olunan gəlirlə Astanada elit yaşayış binalarında mənzillər, "Lamborghini Urus", "Cadillac Escalade", "Mercedes" markalı avtomobillər və nadir cins atlar alınıb. Bütün aktivlər məhkəmə qərarı ilə müsadirə olunub.

İki şübhəli barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31