Zəngilanın böyük iqtisadi potensialı var- ÖZƏL
10:04 Siyasət"Bu gün Zəngilan şəhəri günüdür. 5 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Zəngilan şəhərini 27 illik düşmən işğalından azad etdi"."Olaylar xəbər verir ki. bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib: "Bu Vətən Savaşında strateji üstünlüklərdən biri idi. 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayır.
Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsinin rayonu bölgənin logistik habına çevirməsidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq.
Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur.
Göründüyü kimi, böyük iqtisadi potensiala malik olan Zəngilan rayonu Azərbaycan iqtisadiyyatın xüsusi töhvə verə biləcək. Rayonda bərpa-quruculuq işləri surətlə davam edir. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Növbəti illərdə Zəngilan rayonunda məskunlaşma daha da intensivləşəcək. Zəngilan rayonu yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.