Prezidentlə Bakıda görüşən ABŞ admiralı - Bred Kuper kimdir?
20:04 SiyasətPrezident İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Admiralla görüşdə xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənənovla bərabər Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov da iştirak edib.
Musavat.com xəbər verir ki, 1967-ci il təvəllüdlü Bred Kuper Birləşmiş Ştatlar Ordusu zabitinin oğludur. O, Alabama ştatının Montqomeri şəhərindəki Sidney Lanier Liseyində oxuyub və 1989-cu ildə ABŞ Dəniz Akademiyasını bitirib. Burada iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Kuper daha sonra Milli Kəşfiyyat Universitetində strateji kəşfiyyat üzrə Magistr dərəcəsi qazanıb.
1989-cu ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirib. O, İraq, Əfqanıstan, Cənubi Amerika və Balkanlarda ABŞ-ın keçirdiyi əməliyyatlarda iştirak edib. Yerüstü döyüş zabiti kimi o, esminesə, kreyserə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Koreyadakı komandanlığına və ABŞ Hərbi Dəniz Ekspedisiyasının zərbə qrupuna rəhbərlik edib. Kuper Atlantik Dəniz Qüvvələrinin Komandiri də olub.
2021-ci ilin aprelində o, vitse-admiral rütbəsinə yüksəldilməklə Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı vəzifəsini tutub. O, İran və Yəmən husilərinə qarşı da çoxsaylı əməliyyatlara rəhbərlik edib. O, 2023-cü ildə Yəməndə husilərin hücumlarından ticarət gəmilərini qorumaq üçün görəvləndirilib və bu işi uğurla icra edib.
2023-cü ilin aprelində Kuper vitse-admiral rütbəsinə yenidən təyin olunmaq və ABŞ Mərkəzi Komandanlığının komandir müavini vəzifəsinə namizəd göstərilib. O, 2024-cü ilin fevralında bu vəzifəni icra etməyə başlayıb. 2025-ci ilin iyununda müdafiə naziri Pit Heqset Kuperin prezident Donald Tramp tərəfindən ABŞ Mərkəzi Komandanlığının komandanı vəzifəsinə namizəd göstərildiyini açıqlayıb.
8 avqust 2025-ci ildə o, ABŞ Mərkəzi Komandanlığının komandiri olaraq Maykl Kurillanın yerinə keçib.
Evlidir, iki uşağı var