Ərdoğan Azərbaycanı təbrik etdi
18 Oktyabr 19:23 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə Türkiyə Prezidenti "X" hesabında paylaşım edib.
"Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31