Mehriban Əliyevanın Vatikana səfəri: Azərbaycan multikulturalizminin beynəlxalq təbliği - ÖZƏL

" Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfəri mühüm əhəmiyyət kəsb edir. Çünki bu səfər kontekstində humanitar diplomatiya, tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq inkişaf edir. Azərbaycan artıq uzun illərdir ki, bütün dünyada tolerantlıq məkanı kimi özünü təsdiq edib". 
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: "Azərbaycanın multikulturalizm modeli haqqında dünyanın aparıcı universitetlərində dərslər keçilir və Azərbaycan nümunə kimi təqdim olunur. Bu, həm də Azərbaycanın beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda tolerantlığın böyük ənənələri vardır. Burada bütün millətlər, dinlər çox mehriban və harmoniya şəklində yaşayırlar. Məhz bu xüsusda Mehriban xanım Əliyevanın Vatikana səfəri Azərbaycan diplomatiyasının yeni uğuru kimi də qiymətləndirilə bilər. Bu səfər həm də yeni istiqamətlərin formalaşmasına təkan verir.
Azərbaycanın beynəlxalq imicinə, nüfuzuna və multikultural dəyərlərin tanıdılmasına təkan verməklə yanaşı, Azərbaycan haqqında çox müsbət bir aura yaradır. Eyni zamanda, Azərbaycan nümayəndəliyinin Vatikanda təsis olunması gələcək əməkdaşlıq prioritetlərini və istiqamətlərini yaradacaqdır. 
Ümumiyyətlə, Heydər Əliyev Fondu həm dünya mədəni irsinin qorunması, həm də təbliği baxımından böyük işlər görür. Mən də öz tədqiqatlarımda bu fundamental görülmüş işlərə toxunmuşam və hesab edirəm ki, bu səfər Azərbaycanın Vatikanla münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaqdır". 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31