Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi: İki bədəndə bir can!

Türkiyə Müdafiə Nazirliyi Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Olaylar.az xəbər verir ki, bu barədə qurumun sosial media hesabında paylaşım olunub.

Paylaşımda deyilir:

"İki bədəndə bir can - Türkiyə və Azərbaycan!

Qardaş Azərbaycanın Müstəqillik Gününü qeyd edir və əziz Azərbaycan xalqını ürəkdən salamlayırıq.

Biz bundan sonra da "Bir millət, iki dövlət" prinsipi ilə qardaş və bacılarımızla bir yerdə olmağa davam edəcəyik.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31