Mirzoyan: Azərbaycanla Naxçıvan arasında əlavə ekstraterritorial dəhliz yoxdur - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Deutsche Welle-ə verdiyi müsahibədə bildirib ki, Ermənistan torpaqlarında heç bir əlavə ekstraterritorial dəhliz mövcud deyil. O, TRIPP - "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" çərçivəsindəki infrastruktura dair razılaşmanın bütün suverenlik atributlarının Ermənistan və ABŞ tərəfindən tanındığını vurğulayıb.
Mirzoyan qeyd edib ki, söhbət yalnız Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əsas əlaqə yolundan gedir və bu razılaşma iki ölkə arasında bütün nəqliyyat və infrastruktur əlaqələrinin açılmasını nəzərdə tutur. Bununla yanaşı, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin dəmir yol sisteminə çıxış əldə edəcək.
Nazirin sözlərinə görə, bu infrastruktur Ermənistan-ABŞ konsorsiumu tərəfindən idarə olunacaq və xidmət göstərən şirkətlər yalnız tərəflərin qarşılıqlı razılığı ilə seçiləcək. Mirzoyan həmçinin bildirib ki, ölkələr bir çox digər dövlətlərlə əməkdaşlığa açıqdır, lakin bəzi ölkələrin namizədləri potensial olaraq rədd edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31