Füzulidə atəşfəşanlıq keçirildi

Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq keçirilib.

17 Oktyabr Füzuli Şəhəri Günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər keçirilib.

Bu tədbirlər çərçivəsində uşaqlar üçün tamaşa nümayiş etdirilib, şəhərin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən foto sərgi təşkil olunub, həmçinin geniş konsert proqramı baş tutub.

Günün sonunda isə şəhərin mərkəzində möhtəşəm atəşfəşanlıq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31