Füzuli şəhəri bu gün Qarabağın günəş qoxulu mirvarisidir- ÖZƏL

"Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar. Bu gün Füzuli azad və abad ölkəmizin ən gözəl guşələrindən biri kimi öz qonaqlarının hüsnü-diqqətini cəlb edir. Bir sözlə, 17 oktyabr 2020-ci ildə əzəli və əbədi yurdumuz Füzuli rayonu otuz ilin qaranlığından 44 günün aydınlığına çıxdı. Qaranlıqdan aydınlığa iri addımlarla irəliləyən Füzuli şəhəri bu gün Qarabağın günəş qoxulu mirvarisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri  Elçin Quliyev deyib: "44 günlük Vətən müharibəsində aparılan uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur.
Beləliklə, onların qanı yerdə qalmadı və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31