Zəngilanın azad edilməsi Vətən müharibəsində yeni mərhələ idi- ÖZƏL

"Zəngilanın işğaldan azad olunmasının beşinici ildönümü ərəfəsindəyik.  Xatırladaq ki, Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günündə Zəngilan rayonunun ərazisinə daxil oldu. Ordumuz düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edərək oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib".
"Olaylar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "Prezident müraciətində oktyabrın 20-də şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğuladı. Ali Baş Komandan Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardı. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxdı. Bunula da müharibədə yeni mərhələ başladı.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, "Zəngilanın azad olunmasına görə" medalı təsis olunub. Prezidentin digər Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunublar".

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31