Fransa Azərbaycanın yaratdığı reallıqla razılaşıb- ÖZƏL

"Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər hər iki dövlətin başçılarının Kopenhagendəki görüşlərindən sonra keçmişdə qalıb". Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransanın  ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edəkən belə bir açıqlama verilib. Milli Məclisin deputatı Sahib Alıyev Olaylar-a bildirilib ki,
demək ki, Fransa da  bizim regionda yaratdığımız geosiyasi reallıqla razılaşdı: "Yəqin Ermənistanda Azərbaycan Prezidentinin güvəndikləri dövlətlərin gözləntilərini doğrultmayacağı haqda xəbərdarlığını xatırlayırlar. Onlar bu baş verənlərdən barı indən sonra doğru nəticə çıxarsalar, qonşulara qarşı düşmənçiliyə birdəfəlik son qoysalar, ilk növbədə özləri üçün heç də pis olmazdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31