Qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır
12:40 Siyasət"Möhtərəm cənab Prezidentin fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir, üç gündən sonra isə Zəngilan şəhəri günü qeyd olunacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Bu gün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31