Siyavuş Novruzov Tənzilə Rüstəmxanlıya etiraz etdi
12:09 SiyasətMilli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentdə çıxışı zamanı 18 Oktyabr - Müstəqilliyinin bərpası günü münasibətilə təbriklərini çatdırıb. Daha sonra o, başda Ulu öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb. "Olaylar" xəbər verir ki, deputat Siyavuş Novruzov isə həmkarının fikirlərində yalnışlıq olduğunu bildirərək, müstəqilliyə parlamentdə 271 nəfərin səs verdiyini vurğulayıb, həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb:
"Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib".
Spiker Sahibə Qafarova müzakirələrə cavab olaraq bildirib: "Çıxışlarda bəzi nöqsanlar olur. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacam".