Milli Məclis BƏƏ ilə sazişi ratifikasiya etdi
11:54 SiyasətMilli Məclis Birləşmiş Ərəb Əmirlikləri ilə sazişi təsdiq edib. "Olaylar" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı bildirilib ki, saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə veriləcək.
Müzakirələsdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31