XƏYANƏT YELLƏNCƏYİ

Yelləncək arxaya gəlir, dayanır, bu zaman daxili potensial enerjiyə malik olur, irəli itələyəndə qüvvələr toplanır, rezonans yaranır, daha sürətlə yellənib gedir.

Həmişə dövlət çevrilişi hazırlananda bu cür rezonansa ümid edirlər.

"Dövlət şurası" yaradacaqmışlar. Adamın "xidməti", gücü- vəzifəsi, kökü- budağı, istəyi, xəbəri olmasa, ona nələrsə vəd olunmasa,  adı bu şuraya düşər?

"Şura" üzvləri razı olmasa kimsə başçı ola bilər?

Mehdiyev rezonans üçün daxili qüvvəni və kənar itələyici əli görməsə bu xəyanət "yelləncəyinə" minər?

Gördülər gücləndik, əsarətdən çıxdıq, qələbə çaldıq, bizi yenidən işğal etmək istədilər.

Bu təkcə dövlət çevrlişinə cəhd deyil, Azərbaycanın yenidən Qırmızı İmperiya tərəfindən işğalına cəhddir. Azərbaycanı, xalqı, qələbəni satmaq cəhdidir.

Ölkənin ziyalıları, ictimai xadimləri bu təhlükəli xəyanət cəhdinə qarşı öz sölzərini deməlidir.
Mövqelərini ortaya qoymalıdır.

Bir ayrı iyrənc mənzərə də odur ki,  vaxtilə "Boz"un səbəbinə vəzifələr alan, çapoyulçular  indi yoğun boyun kimi qızarmaq, utanmaq əvəzinə, onu söyürlər. Guya bunlar vətənpərvər, dövlətpərvərdilər.
Əslində dövlət hər şeyi görür, eşidir. Kar- kor özləridir.

Zəncirvari xəyanət reaksiyası: Vətənə xəyanət, xəyanətçiyə xəyanət- iyrənc prosesi müşahidə edilir. 

Şüurları da kəsmir ki, Azərbaycan  dövlətçiliyi o  qədər güclüdür ki, onu çevirmək, qaldırmaq üçün Arximedin  " mənə dayaq nöqtəsi göstərin dünyanı qaldırım"- deyərkən güvəndiyi ling  də işə yaramaz.

Dövlət  həmişəki kimi xəyanət yelləncəyinin ipini kəsdi.
Yellənən də, itələyici qüvvələr də yerə çırpıldı.

Sadiq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31