Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanıldı - RƏSMİ

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyanın rəisi mayor İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.

Bu barədə cavab olaraq Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.

"Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda təqdimata məhkəmədə baxılır", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31