Prezident İlham Əliyev: Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:30 SiyasətAzərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.
Olaylar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31