Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider hakimiyyətə qayıdışından sonra əldə edib- ÖZƏL
16 Oktyabr 2025 12:31 Siyasət"Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib". "Olaylar" xəbər verir ki, bunu YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib: " Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafının təmin edilməsində qarant rolunu oynayıb. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz tam təmin olunub".