Azadlıq meydanı parada hazırlaşır

Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq.

Artıq parada hazırlıqlara başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.\\Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31