Kiçik dövlətin böyük lideri: İlham Əliyevin prezidentliyinin 22 ili - ÖZƏL

"Bu gün, oktyabrın 15də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 22 il keçir. 2003cü ildə xalqın etimadı ilə dövlət başçısı seçilən İlham Əliyev ötən illər ərzində ölkənin simasını dəyişdirib, Azərbaycanı regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib: "Vaxtilə Prezident kimi ilk dəfə andiçmə mərasimində İlham Əliyev demişdi ki, onun əsas məqsədi Azərbaycanı güclü, müasir və ədalətli dövlətə çevirməkdir. Bu məqsəd 22 il ərzində həyata keçirilən siyasətin, qəbul edilən qərarların və atılan addımların mahiyyətinə çevrildi.



Bu illər ərzində Azərbaycan iqtisadi baxımdan böyük irəliləyişlər əldə etdi. Neft gəlirlərinin səmərəli idarə olunması sayəsində ölkə infrastrukturunu yeniləyib, regionlar inkişaf edib, yeni sosial layihələr həyata keçirilib. Azərbaycan Ordusu güclənib və bu gücün ən parlaq sübutu 2020ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbədir. İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu 22 ildə Azərbaycan beynəlxalq aləmdə də nüfuz qazandı. İlham Əliyevin balanslı xarici siyasəti nəticəsində Azərbaycan həm Qərblə, həm də Şərqlə sağlam münasibətlər qurdu. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunur. Dünya liderləri ilə münasibətlərdə qarşılıqlı hörmət və etimad formalaşıb.
Bu gün Azərbaycan artıq təkcə regional deyil, qlobal proseslərin də fəal iştirakçısıdır. Prezident İlham Əliyev sülh, sabitlik və ədalət prinsiplərinə sadiq qalmaqla ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Onun rəhbərliyi ilə həyata keçirilən enerji layihələri, o cümlədən "Cənub Qaz Dəhlizi" və "Yaşıl enerji xətti" Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu artırıb.
Postmüharibə dövründə Qarabağda aparılan bərpa və quruculuq işləri bu siyasətin davamıdır. Azad edilmiş torpaqlarda yeni şəhərlər, kəndlər salınır, "ağıllı kənd" layihələri həyata keçirilir, həyat yenidən bərpa olunur.
22 ilin təcrübəsi göstərir ki, İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də liderlik məktəbi formalaşdıran siyasətçidir. Onun idarəçiliyində məsuliyyət, ardıcıllıq və xalqın etimadına söykənən dövlətçilik anlayışı ön plandadır.
Bu gün Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə sabit, güclü və müasir bir dövlətin vətəndaşı olmaqdan qürur duyur. 22 il əvvəl başlayan bu yol müstəqil Azərbaycanın tarixində parlaq bir səhifəyə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31