TÜRKPA-nın uğurlu fəaliyyətində Azərbaycan parlamentinin verdiyi dəstək çox önəmlidir - Mehmet Süreyya Er
10:33 SiyasətGözəl bir qurumda dörd il boyunca çox faydalı fəaliyyət göstərdik. Əlbəttə ki, bunda ev sahibi ölkənin parlamentinin rəhbərliyi və əməkdaşlarının bizə verdiyi dəstək çox önəmlidir.
Olaylar.az xəbər verir ki, TÜRKPA-nın sabiq Baş katibi Mehmet Süreyya Er Baş katib səlahiyyətlərinin Ramil Həsənə təhvil verilməsinə dair rəsmi mərasimdə çıxışı zamanı deyib.
O bildirib ki, türk dünyasındakı əməkdaşlıq hər ötən gün artır:
"Bunda dövlət başçılarımızm güclü iradəsinin payı çoxdur. Bundan sonra da TÜRKPA olaraq ortaq hədəfə doğru irəliləyəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31