15 oktyabr 2003-cü il Zəfərə və Yüksəlişə aparan yolun başlanğıcıdır- ÖZƏL

"15 oktyabr 2003-cü il Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 22 il öncə xalq öz gələcəyini - inkişafını, təhlükəsizliyini, zəfərini təmin etmək üçün etimad göstərdiyi şəxsə - cənab İlham Əliyevə səs verdi. O, dünya liderləri sıraslında xalqa verdiyi bütün vədləri yerinə yetirən nadir siyasi xadimlərdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu gün Azərbaycan xalqı öz Prezidentini sevir, onu daim dəstəkləyir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin,  təmənnasız xidmətin nəticəsində mümkün olmuşdur. Azərbaycan dövləti özünün ən möhtəşəm yüksəliş dövrünü yaşayır. Biz onun rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31