Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

Bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O, deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr - yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb.

Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31