Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunu təsdiq edib
16:17 Siyasət"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu" təsdiq edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanunu təsdiq edib.
Qanuna əsasən, Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31