Bu coğrafiyada yeni türk dövlətlərinin yaranması reallığa çox yaxındır- ÖZƏL

Avropa Birliyinin 18 sanksiyalar paketi və bir sıra ölkələrin tətbiq etdiyi məhdudiyyətlər, Ukrayna ordusunun böyük fədakarlığı Rusiyanı çox zəiflədib.  Əgər əsgəri qüvvəsi olsaydı bu, ölkə uzaq Kubadan, Şimali Koreyadan, bəzi Afrika ölkələrindən muzdlular cəlb etməzdi. Ac-yalavac qalan və iş tapmaq adı Rusiyaya gəlmiş həmin muzdluların Ukraynanın peşəkar ordusu ilə müharibədə yüksək döyüş bacarığı göstərəcəyi mümkünsüzdür. İmperiya iddialarının əsiri olan, bu gün dinc əhalinin yaşadığı evləri, yaşayış məntəqələrini, xəstəxanaları bombalayan  Rusiya başını itirib. Bu təhlükəli ölkənin daha qorxulu addımlar atması gözləniləndir.

Amma, lakin görünən odur ki, Rusiyanın daha da zəifləməsi, tamamilə dağıdılmaması ilə bağlı planlar görünməkdədir. Görünür kifayət qədər zəngin iqtisadi potensialı, yetərincə nüvə başlıqları, hərbi sursatları olan bir ölkənin dağılması, həmin silahların qəflətən peyda olan səhra komandirlərinin əlinə keçməsi təhlükəsi dünyanın beyin mərkəzlərini düşündürür, narahat edir. İdarə olunmayan, başıpozuq silahlılar yeni təhlükələrə yol aça bilər.  O baxımdan Rusiya ilə bağlı planlar qənaətimcə, tədricən, ciddi tələfatların, təhlükələrin qarşısını almaq şərtilə gerçəkləşə bilər.  

Təbii ki, bütün bunlar ehtimaldır.  Amma belə əminlik var bir neçə ildən sonra dünyada rus imperiyası adlı  quruluş qalmayacaq. Bəşəriyyət bu kabusdan, əsarətdən, təhdidlərdən qurtulacaq. Gələcəkdə  bu coğrafiyada, Rusiya ərazisində yeni türk dövlətlərinin yaranması reallığa çox yaxındır. 
Hazırki məqamda isə biz bu ölkə ilə əməkdaşlığımızı mümkün sferalarda davam etdirməliyik. Yalnız məsafə saxlamaq şərtilə bu əlaqələr mümkün olar.   

Əkrəm Bəydəmirli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31