Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olub- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Məhz bu Konstitusiya Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin və dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır. 
 Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlamış Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olub. 2024-cü ilin sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31