ATƏT rəhbəri Minsk qrupunun nə vaxt tam ləğv olunacağını açıqlayıb

ATƏT-in hazırkı sədri, Finlandiyanın XİN rəhbəri Elina Valtonen Azərbaycan və Ermənistanın ATƏT Minsk qrupunun ləğv olunması qərarını alqışlayıb və bütün prosesin cari ilin dekabr ayında yekunlaşacağına ümidvar olduğunu bildirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Biz daim bütün çətinliklərə baxmayaraq, Ermənistanın sülh gündəmini dəstəkləməsini qeyd edirik. Mən həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymaq barədə birgə müraciətini alqışlayıram. Ümid edirik ki, bu proses ən geci dekabr ayınadək başa çatacaq", - deyə o, Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31