Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın göstəricisi- ÖZƏL

"Düşənbədə Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon arasında keçirilən təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir mühüm həlqəsi kimi qiymətləndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Görüşdə iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.
Prezident İlham Əliyev MDB dövlət başçıları görüşündə iştirak edərək, regiondakı əməkdaşlığın inkişafı, təhlükəsizlik məsələləri və iqtisadi inteqrasiya ilə bağlı mövzuları müzakirə edib. Bu cür iclaslar, üzv ölkələrin birgə problemləri həll etməsi və gələcək strategiyaları müəyyən etməsi üçün əhəmiyyətli platformadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31