Tokayev: Qazaxıstanda parlament islahatını Senatın ləğvi ilə məhdudlaşdırmaq olmaz - ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkədə planlaşdırılan parlament islahatı sadəcə Senatın (yuxarı palata) ləğvi ilə məhdudlaşdırıla bilməz. Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı islahat üzrə işçi qrupun ilk iclasında danışıb.
"Parlament islahatını yalnız Senatın buraxılması ilə məhdudlaşdırmaq düzgün deyil. Qarşımızda aydın məqsəd durur - nümayəndə hakimiyyətinin bütün sahəsində dərin transformasiyanı həyata keçirmək", - deyə Prezident bildirib. Tokayev vurğulayıb ki, islahat digər sahələrdəki dəyişikliklərlə, o cümlədən dövlət idarəçiliyində rəqəmsallaşdırmanın tətbiqi ilə uzlaşdırılacaq. Prezidentin sözlərinə görə, "birpalatalı parlamentə keçid həm də işin məzmunu və ritminə uyğunlaşmaq, qərarların daha sürətli qəbulunu təmin etmək məqsədi daşıyır". Həmçinin, vətəndaşların siyasi həyata iştirakını təmin edəcək "elektron parlament" sistemi yaradılacaq ki, bu da hazırkı "elektron hökumət" sisteminə bənzəyəcək.
"Zaman dəyişir və öz qanunlarını diktə edəcək. e-Parlament sistemi çox uzaqda deyil, tezliklə fəaliyyətə başlayacaq, buna görə qəbul olunan qanunların keyfiyyətinə heç bir halda ziyan vurmamalıyıq", - deyə Tokayev qeyd edib.Sentyabr ayında illik müraciətində Prezident Tokayev ölkədə mövcud iki palatalı parlamentin - Məclis (aşağı palata) və Senatı yerinə birpalatalı parlamentin yaradılmasını təklif etmişdi. Onun sözlərinə görə, bu məsələ 2027-ci ildə referendumda təqdim edilə bilər. Tokayev islahatın parlament respublikasına keçidi nəzərdə tutmadığını və "güclü prezident - təsirli parlament hesabatlı hökumət" formulunun qorunacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31