Azərbaycan bərpa olunan mədəniyyətin və ədalətli siyasətin daşıyıcısır- ÖZƏL
10:49 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı yeni bir dövrün rəmzinə çevrildi. Azərbaycan bu gün MDB ailəsində sadəcə bir üzv deyil, həm də mənəvi dəyərlərin, bərpa olunan mədəniyyətin və ədalətli siyasətin daşıyıcısır". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Dövlətimizin başçısının fikirləri bu məqamda həm diplomatik jest, həm də milli qürurun ifadəsi idi: "Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm". Laçın artıq təkcə bir şəhər deyil, işğaldan azad olunmuş torpaqların dirçəliş salnaməsidir. Bütün bir xalqın yenidən doğuluş simvoludur. Laçın bir vaxtlar qaranlığa bürünmüş, lakin bu gün müstəqilliyin işığında bərq vuran torpaqdır. Orada qurulan hər bina, bərpa olunan hər mədəni ocaq həm də dövlətçilik ideyasının canlı izidir.
Prezident İlham Əliyevin Düşənbədə söylədiyi kimi, "tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib." Bu cümlə Laçının taleyini, azadlığın bərpa etdiyi mənəvi qüdrəti bir ifadəyə sığdırır. MDB-nin mədəniyyət paytaxtı statusu Laçına verildisə, bu, artıq Azərbaycanın həm tarix, həm mədəniyyət, həm də gələcək baxımından bölgənin liderinə çevrildiyini göstərir. Bu liderliyin digər siması isə Gəncədir, Nizaminin şəhəri, mənəviyyatın və elmin paytaxtı. Burada keçirilən III MDB Oyunları bir idman yarışı olmaqdan çox, dostluğun, əməkdaşlığın və birliyin rəmzinə çevrildi. Prezident İlham Əliyev bu barədə deyirdi: "Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir." Gəncədə 13 ölkədən 1600-dən çox idmançı toplaşdı. Onların ayaq basdığı hər küçə, yarışdığı hər arena Azərbaycan qonaqpərvərliyinin, sabitliyinin və gücünün göstəricisi oldu".