Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev (VİDEO)
13 Oktyabr 20:45 SiyasətXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Olaylar xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında sammitdən görüntülər paylaşıb.
"Yaxın Şərqdə sülh!!! Gözümüzün qabağında tarix yazılır!!! Azərbaycan regional diplomatiyanın ön sıralarındadır!!!", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31