Sülh sammitində hansı ölkələr iştirak edəcək? - Siyahı
12 Oktyabr 20:48 SiyasətƏn azı 20 ölkədən olan nümayəndə oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək sülh sammitinə qatılacağını təsdiqləyib.
Bu barədə Misir Prezidenti Əbdülfəttah Sisinin ofisi məlumat yayıb.
"Sammitdə Azərbaycan, Ermənistan, Bəhreyn, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Hindistan, İndoneziya, İordaniya, İspaniya, İtaliya, Kipr, Küveyt, BƏƏ, Oman, Pakistan, Türkiyə, ABŞ, Fransa və Almaniya liderlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir. Bundan başqa, Şarm əl-Şeyxdə BMT-nin baş katibi, Avropa Şurasının prezidenti və Ərəb Dövlətləri Liqasının baş katibinin də olacağı gözlənilir ", - məlumatda deyilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31