Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb

VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb.

Hazırda Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilir.

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun dəvəti ilə bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.

Qonaqlar sırasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Ambudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov də yer alır.

Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31