Qəbələ Zirvəsi Qələbə Zirvəsinə çevrildi
11 Oktyabr 2025 12:56 Siyasət"Qəbələdə Zirvə Görüşünün keçirildiyi gün və yer o dərəcədə dəqiqliklə seçilmişdi ki, dövlət başçımızın nəyi, necə, nə vaxt etməklə yanaşı, onu harada etməyi də dəqiq bildiyini görməmək mümkünsüzdür. Hər kəsə aydındır ki, iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinin Şuşada keçirilməsi kimi rəsmi Zirvəsinin Qəbələdə baş tutması da, orada dövlət başçımızın gələn il Azərbaycanda birgə hərbi təlim haqda təklifi də səbəbsiz deyildi. Və cənab İlham Əliyev Zirvədəki çıxışının lap əvvəlində Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş, 12 əsr mövcudluğunu saxlamış Qafqaz Albaniyasının paytaxtı olmasını da, onun geniş coğrafiyanı əhatə etməsini də elə-belə xatırlatmırdı. Azərbaycan haqda təkəbbürlə danışanlar yəqin öz dövlətçilik təcrübələrini də göz önünə gətirib dərslərini aldılar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Rusiyanın oradakı RLS-nin 2012-ci ilin dekabrında fəaliyyətini dayandırdıqdan sonra həm də ekoloji xarakterli təhdidlərin aradan qaldırıldığı Qəbələdəki Zirvə, fikrimcə, eyni zamanda Qələbə Zirvəsi idi. Ona görə Qələbə Zirvəsi idi ki, cənab Prezident hələ 2009-cu ildə Naxçıvan Sammitindəki çıxışında Zəngəzur bölgəsinin türk dünyasını coğrafi baxımdan parçalamaq niyyəti ilə Ermənistana birləşdirilməsinin bildirmiş və 10 il sonra Bakıdakı Zirvədə bunu bir daha təkrarlamışdı. İndi isə Zəngəzur dəhlizinin açılmasıyla bağlı artıq razılıq əldə edildiyini diqqətə çatdırdı ki, Qəbələ Bəyannaməsində də bu dəhlizin türk dünyası üçün strateji əhəmiyyəti vurğulanır. Daha qələbə necə olur?
Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbədə bir araya gəlmələri də, fikrimcə, məhz Qəbələ Zirvəsini Qələbə zirvəsinə çevirən siyasətin nəticəsidir. Kopenhagendə Makronla, indi isə Putinlə görüş göstərdi ki, cənab İlham Əliyev böyük və kiçikliyindən asılı olmayaraq hər hansı bir dövlətin qarşısında tələb irəli sürürsə, Ermənistana yanaşmada olduğu kimi öz mövqeyindən bir millimetr belə geri çəkilmir. Çünki o tələb həmişə beynəlxalq hüquqa, ədalətə, indiki halda həm də dövlətimizin yaratdığı geosiyasi reallığa və təbii ki, dəmir iradəyə dayanır. Yeri gəlmişkən, üzə vurulmasa da, Rusiya səmasında sərnişin təyyarəmizə necə raket zərbəsi endirildiyi haqda dövlət başçımızın qarşı tərəfdən daha məlumatlı olduğu Düşənbə görüşündə açıq-aydın görünürdü".