Qəbələ Bəyənatı Türk dövlətlərinin yol xəritəsidir
10:23 SiyasətBu həftənin ən böyük hadisəsi Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü oldu. Qəbələ Zirvə Görüşü Azərbaycana toplaşmış türk ailəsinin gələcəyə çox inamlı şəkildə, çağdaş zamanımızın bütün çağırışları ilə ayaqlaşmaq istəyini dünyaya nümayiş etdirdi.Qəbələ Görüşündə qəbul edilən birgə bəyanat, səsləndirilən fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir.Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışında toxunduqları vacib qlobal və regional geosiyası məsələlər, sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olması barədə səsləndirdiyi fikirlər,türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zərurəti barədəki mesajı,2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi və toxunduğu digər məsələlər bir daha göstərdi ki, Azərbaycan türk dünyasının gələcək konturları,ortaq strateji hədəfləri və bu hədəflərə çatmaq üçün birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi və sair istiqamətlərdə çox mühüm birləşdirici və hərəkətverici qüvvə rolunu oynayır.
Hər şeyi obyektiv şəkildə öz adı ilə adlandırsaq,çox qürürverici bir haldır ki,dünya düzənin hazırkı reallıqları şəraitində Türk Dünyasından başa fikirdə,sözdə və işdə həqiqətən birləşə bilmə qabiliyyətində olan digər heç bir qüvvə yoxdur.Ortaq tariximizdən,etnik köklərimizdən,milli-mənəvi dəyərlərimizdən əvəzolunmaz güc alan Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq səviyyədə nüfuzu sürətlə artır və ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.Ona görə də bəzi dövlətlər və dairələr Türk Dövlətləri Təşkilatının getdükcə güclənməsini istəmir və bunu böyük təhlükə sayırlar. Bu,bir daha onu göstrir ki,TDT ortaq strateji hədəflərinə çatmaqdan ötrü daha da güclənməlidir.Bundan ötrü sərvər,iqtisadi güc,geopolitik mövqe və sair baxımından yetərincə potensialımız,üstünlüklərimiz və diqqətçəkən perspektivlərimiz var.
Dünya Banknın araşdırmalarına dünya ölkələrinin alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ümumi daxili məhsullarının həcminə görə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinin dünyanın 184 olkəsi arasındakı yeri Türkiyənin timsalındakı 13-cü yerdən Qirğzğstanın timsalında 130-cü yerə qədər uzanır.Türk Dövlətləri Təşkilatına üzv dövlətləri öz güclərini birləşdirdiyi təqdirdə isə ,toplam ÜDM-i 184 ölkə arasında 7-ci yerə uyğun gəlir.
Həmin hesablamanı Beynlxalq Valyuta Fondunun versiyası üzrə dünya ölkələrinin ümumi daxili məhsullarının nominal həcminə görə aparsaq,Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dünyanın 184 olkəsi arasındakı yeri Türkiyənin timsalındakı 16-cı yerdən Qirğzğstanın timsalında 117-ci yerə qədər uzanır.Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nominal ifadədə toplam ÜDM-i 189 ölkə arasında 12-ci yerə, TDT-yə üzv dövlətlərlə yanaşı müşahidəki ststusunda olan Türkmənistan, Macarıstanı və ŞKTR-i da nəzərə almaqla isə 9-cu yerə uyğun bir mövqedədir.
Ayrı-ayrı illərdə bəzi istisnalar olsa da,ümumiyyətlə götürdükdə türk dövlətlərində orta illik iqtisadi artım templəri qlobal artım tempindən yüksəkdir.Türk dövlətləri nümayiş etdirdikləri ortalama artım tempini dünyanın orta artım tempunundən yüksəkdə saxlamaq və daha da yüksəltmək, eləcə də buna davaml xarakter verməklə orta perspektivdə dünya ölkələri sırasında toplam yerimizi alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ümumi daxili məhsullarının həcminə görə 7-ci yerdən 5-cı və ondan da yuxarı, ümumi daxili məhsullarının nominal həcminə görə isə 12-ci yerdən bir neçə pillə yüksəlməklə birinci onluqda qərarlaşıb, pillə-pillə daha irəliyə getməyə, TDT-yə üzv dövlətlərlə yanaşı müşahidəki statusunda olan ölkələri də nəzərə almaqla isə 8-ci pilləyə qalxıb, sonrakı perspektivdə isə daha yüksək mövqeyə çatmağa qadir gücə malikdir.
Buna nail olmaqdan ötrü digər məlum şərtlərlə yanaşı,ilk növbədə potensialımıza layiq səviyyədə yüksək templərlə inkişaf etməliyik.Bir sıra xalqlar sivilizasiya amilindən öz qalxınmalarında uğurla istifadə etdikləri kimi, biz də qabaqcıl texnika və texnologiya ilə yanaşı,türk sivilizasıyasını,milli dəyərlərimizi,dostluq, qardaşlıq və işbirliyimizi,strateji münasibətlərimizin daha da dərinləşməsini qalxınmamızda, ona davamlı xarakter verilməsində və sosial-iqtisadi tərəqqimizin sürətlənməsinin əsas hərkətverici amilinə-generatoruna çevirməliyik. Bu konteksrdə türk dövlətlərinin səmərəli inteqrasiya olunmuş vahid güc mərkəzi kimi çıxış etməsi bütün sahələrdə gücümüzə güc qatacaq və TDT çox yüksək nəticələrə nail olacaq.
Əli Məsimli
Milli Məclisin deputatı