Azərbaycan qlobal məslələri diplomatik yolla həllinə nail ola bilən ölkədir - ÖZƏL
10 Oktyabr 2025 11:34 Siyasət"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası bir daha göstərdi ki, Azərbaycan təkcə regionun deyil, eləcə də geniş cöğrafiyanın siyasi və iqtisadi inkişafına təsir göstərmək imkanına malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib: "Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi ilə yeni beynəlxalq güc mərkəzi olaraq yeni mərhələyə qədəm qoyur. Onun iqtisadi və siyasi potensialı yüksəkdir, loqistika imkanları genişdir.
Düşənbə görüşü isə göstərdi ki, Azərbaycan regionda güc mərkəzinə çevrilib. Qlobal məslələri diplomatik yolla həllinə nail ola bilən bir ölkədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31