Türk dünyası yeni mərhələyə qədəm qoyur- ÖZƏL
9 Oktyabr 2025 15:12 Siyasət"Regionda artan təhdidlər və risklər fonunda Türk Dövlətləri Təşkilatının birliyi və koordinasiyası təhlükəsizliyimizin əsas təminatına çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Türk dövlətlərinin birgə addımları göstərir ki, biz müdafiəmizi və təhlükəsizliyimizi daha da gücləndirəcəyik. Bu baxımdan Avropa İttifaqında xüsusi çəkisi olan Macarıstanın Qəbələ Zirvə Görüşündə iştirakı mühüm siyasi mesajdır. Türk Dövlətləri Təşkilatı artıq qlobal siyasətin mühüm oyunçusuna çevrilib. Gənc və dinamik əhali, strateji yerləşmə və enerji marşrutlarına nəzarət, bunlar Türk birliyinin gələcəyini müəyyən edən amillərdir. Bu gücü reallığa çevirən əsas qüvvə isə Azərbaycan-Türkiyə tandemidir. Qəbələdəki Zirvə Görüşü sadəcə toplantı deyil, Türk dünyasının gələcək xəritəsini müəyyən edən tarixi hadisədir. Bu görüşlə Türk dünyası yeni inkişaf mərhələsinə qədəm qoydu!"